Sabah - 13 noyabr 2021-ci il tarixində "Bakıenerjitikinti" Açıq Səhmdar Cəmiyyəti səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, ümumi yığıncağın gündəliyinə "Bakınerjitikinti" ASC-nin İdarə Heyətinin sədrinin dəyişdirilməsi məsələsi salınıb.
Bildirilir ki, yığıncaq Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu dairəsi 37 ünvanda "Bakıenerjitikinti" ASC-nin inzibati binasında saat 11:00 keçiriləcək və səhmdarlardan növbədənkənar ümumi yığıncaqda iştirak etmələri xahiş olunur.
Qeyd edək ki, "Bakınerjitikinti" ASC 1999-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 35 min 88 manat olan ASC-nin hazırkı sədri Hacıyev Sərdar Mehdi oğludur.