
Çinin Şanxi əyalətində leysan yağışlar nəticəsində daşqınlar baş verib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, hadisə nəticəsində ən azı 15 nəfər ölüb, 3 nəfər isə itkin düşüb. Verilən məlumatlara görə, təxminən 34,9 milyon əhalisi olan əyalətin 11 şəhər və 76 əyalətinin 1 milyon 757 min sakini daşqın fəlakəti bölgəsindədir. Daşqınların birbaşa iqtisadi ziyanı 5, 029 milyard yuanı (təxminən 780,9 milyon dollar) ötüb. Bölgədə 19,5 mindən çox bina dağılıb, 18,2 mindən çox binaya isə ciddi ziyan görüb.