Kim Çen In ABŞ və Cənubi Koreyanı təhdid etdi


Şimali Koreya lideri Kim Çen In ABŞ və Cənubi Koreyanı təhdid edib.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, Kim Çen Koreya İşçi Partiyasının qurulmasının 76-cı ildönümünə həsr olunmuş müdafiə inkişafları sərgisində çıxış edərək ABŞ və Cənubi Koreyaya qarşı sərt ifadələr işlədib. O bildirib ki, Şimali Koreya hər zaman sülh üçün səylər göstərib:
"Düşmənimiz Cənubi Koreya və ya ABŞ birbaşa müharibənin özüdür. Sülh səylərimiz heç bir şəkildə özünümüdafiə hüququndan imtina etdiyimiz anlamına gəlmir. Ölkəmizin üzləşdiyi hərbi təhdidlər uzun müddətdir davam edir”.
Kim Çen daha sonra ABŞ və Cənubi Koreyanı yeni silahlar hazırladıqlarına görə, tənqid edib. O bildirib ki, həmin ölkələrin daha müasir silahlar hazırlaması, müdafiə qüvvələrini gücləndirməsi müharibəyə gətirib çıxara bilər.

DİGƏR XƏBƏRLƏR

Top