
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Co Bayden 30-31 oktyabr tarixində keçiriləcək G-20 zirvəsində Qarabağ məsələsini müzakirə edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın "Milliyet" qəzetinə müsahibəsində deyib:
"ABŞ ilə geniş əlaqələrimiz var. ABŞ-la aramızdakı münasibətlər ikitərəfli siyasi və iqtisadi əlaqələr, enerji, təhlükəsizlik, terrorla mübarizə, ticarət, müdafiə sənayesi, Əfqanıstan, Suriya, İraq, Qarabağ, Qafqaz, Liviya, Şərqi Aralıq dənizi və digər regional və qlobal məsələləri əhatə edir. Liderlər bu mövzuları əsas başlıqlar altında müzakirəyə qoyacaqlar. İstəyimiz odur ki, iki strateji tərəfdaş və müttəfiq ölkə qarşıya qoyulmuş bütün məsələlərə pozitiv şəkildə yanaşsın və problemləri həll etsin".
Kalın həmçinin bildirib ki, Türkiyə ABŞ-la ticarətin artırılması məsələsinə böyük əhəmiyyət verir:
"Ağ Evdəki görüşlərimdə bu mövzunu həmsöhbətlərimə xüsusilə vurğuladım. 21 milyard dollarlıq ticarət həcminin Türkiyə-ABŞ əlaqələrinə uyğun gəlmədiyini vurğuladım".
Tətbiqimizi yükləyə bilərsiniz