"Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili ən azı 6 ildən sonra istənilən xarici ölkəyə gedə bilər".
Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın baş naziri İrakli Qaribaşvili deyib:
"Mümkünsüzdür. 100 faiz əmin olun ki, Saakaşvili heç bir yerə göndərilməyəcək. Birincisi heç kim bunu tələb etmir. O, 6 il sonra istədiyi yerə gedə bilər. Məhbus Saakaşvili bu reallığı nə qədər tez dərk etsə, özü və komandası üçün bir o qədər yaxşıdır".
Qeyd edək ki, Saakaşvili oktyabrın 1-də Gürcüstanda saxlanılıb. O, hazırda Rustavi şəhərində yerləşən 12 saylı cəzaçəkmə müəssisəsində həbsdədir. Eks prezident özünü siyasi məhbus hesab etdiyindən aclıq aksiyasına başlayıb. Səhhətinin tez-tez dəyişdiyi bildirilir.