
Azərbaycanda avtobus və yük avtomobillərinin satışını həyata keçirən “Grand Motors” MMC paytaxt Bakıda fəaliyyət göstərən aparıcı daşıyıcı şirkətlərdən olan “Xaliq Faiqoğlu” MMC-yə qarşı məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com xəbər verir ki, “Grand Motors” MMC–nin “Xaliq Faiqoğlu” MMC-yə qarşı qaldırdığı iddia ilə bağlı məhkəmə iclası bu gün - 11.10.2021-ci il tarixində Bakı Apellyasiya Məhkəməsində hakim Vidadi Mahmudovun sədrliyi ilə keçiriləcək.
Onu da bildirək ki, hazırda “Xaliq Faiqoğlu” MMC-nin dövlət büdcəsinə də böyük həcmdə - 296 min 838 manat 2 qəpik vergi borcu var.