Səhiyyə Nazirliyindən daha bir müəmmalı tender - FAKTLAR


Səhiyyə Nazirliyinin "İctimai Səhiyyə və İslahatlar Mərkəzi" Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin (kotirovka sorğusu) qalibi məlum olub.

Yeniavaz.com
xəbər verir ki, tender müsabiqəsinin qalibi "Satko FM" MMC olub.

"Satko FM” MMC "İctimai Səhiyyə və İslahatlar Mərkəzi"nin sifarişi ilə 60 növ müxtəlif mövzular üzrə yeni protokolların işlənilib hazirlanması, korrektə edilməsi və tərcümə xidmətini həyata keçirəcək.

Qeyd olunan xidmətlərin həyata keçirilməsi üçün "İctimai Səhiyyə və İslahatlar Mərkəzi" "Satko FM” MMC-yə 63 min 150 manat ödəyəcək.

Məlumat üçün bildirək ki, "Satko FM” MMC cəmi 3 ay əvvəl – 05.07.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. "İctimai Səhiyyə və İslahatlar Mərkəzi" müsabiqə elanını avqust ayının 25-də elan olunub. Bu isə o deməkdir ki, tender müabiqəsinin qalibi olan MMC tender elanının verilməsindən cəmi  ay yarım əvvəl yaranıb.

Onu da bildirək ki, "Satko FM” MMC barədə açıq internet resurslarda heç bir məlumata rast gəlmək mümkün deyil. Cəmi ay yarım əvvəl yaranan və 63 min manatlıq tenderin qalibi olan MMC Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə küçəsi, ev 26Aünvanında qeydiyyatdadır. Nizamnamə kapitalı cəmi 2 manat olan MMC-nin qanuni təmsilçisi Şükürov Xalid Nurəddin oğludur. 

Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.

Diqqət çəkən məqamlardan biri də odur ki, iyul ayının 5-də müxtəlif ünvanlarda eyni nizamnamı kapitalı ilə Şükürov Xalid Nurəddin oğlunun qanuni təmsliçi olduğu daha 3 MMC dövlət qeydiyyatına alınıb.
MMC-nin adı    Qanuni təmsilçisi    Ünvanı    VÖEN-i    Nizamnamı kapitalı    Qeydiyyat tarixi
"Satko FM”    Şükürov Xalid Nurəddin    Nərimanov r. MAQSUD ƏLİZADƏ ev.26A    1505528451    2 manat    5 İyul 2021
“Sentyum LTD”    Şükürov Xalid Nurəddin    XƏTAİ r.  RƏŞİD BAĞIROV ev.28/3    2006818921    2 manat    5 İyul 2021
“Xalıd ST GG”    Şükürov Xalid Nurəddin    Qaradağ r. LÖKBATAN ŞTQ, SEYMUR ORUCOV PR. ev.1    1102427081    2 manat    5 İyul 2021
"ABC PRO LTD"    Şükürov Xalid Nurəddin    Hacıqabul r. ƏLİAĞA VAHİD ev.42 m.9    8100905401
    2 manat    5 İyul 2021
"ALTUN TEKER"    Şükürov Xalid Nurəddin    Nəsimi r. HÜSEYNBALA ƏLİYEV 2 MK ev.9    1405587631    2 manat    5 İyul 2021

"İctimai Səhiyyə və İslahatlar Mərkəzi"nin ötən ay açıqladığı tender müsabiqəsində də bənzər vəziyyət yaranıb. Qurumun 119 min 963,4 manatlıq tender müsabiqəsində cəmi bir ay əvvəl yaranan “Slatına” MMC qalib olub. 
Onu da qeyd edək ki, bu cür vəziyyət səhiyyə müəssisələri tərəfindən keçirilən tenderlərdə qeydə alınan ilk hal deyil. Aşağıdakı linklərə daxil olaraq səhiyyə müəssisələr tərəfindən keçirilən analoji tender müsabiqüələrilə tanış ola bilərsiniz:

5 ay əvvəl yaranan "Şuşa Holding" Səhiyyə Nazirliyinə tibbi əşyalar satacaq
(https://www.yeniavaz.com/az/news/168694/5-ay-evvel-yaranan-susa-holding-sehiyye-nazirliyine-tibbi-esyalar-satacaq)

Səhiyyə müəssisələrinin dəyişməyən tender "ssenarisi" – FOTOFAKT
(https://www.yeniavaz.com/az/news/index/138455/sehiyye-muessiselerinin-deyismeyen-tender-ssenarisi-fotofakt)

6 gün əvvəl yaranan şirkəti kimlər tenderin qalibi elan edib? – MÜƏMMA
(https://www.yeniavaz.com/az/news/index/148098/6-gun-evvel-yaranan-sirketi-kimler-tenderin-qalibi-elan-edib-muemma)

Bakı şəhər Baş Səhiyyə İdarəsinin 1 milyon manatlıq müəmmalı tenderi - FAKTLAR
(https://www.yeniavaz.com/az/news/155475/baki-seher-bas-sehiyye-idaresinin-1-milyon-manatliq-muemmali-tenderi-faktlar)

İki aylıq şirkət Səhiyyə İdarəsinin 200 min manatlıq tenderini uddu - FOTOLAR
(https://www.yeniavaz.com/az/news/index/154144/iki-ayliq-sirket-sehiyye-idaresinin-200-min-manatliq-tenderini-uddu-fotolar)

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top