Həbsdə olan MTN generalı barədə məhkəmə qərarı AÇIQLANDI


Bu gün ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, idarənin əməkdaşları Vüsal Əliyev, Yasin Məmmədov, Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə müşavirədən sonra məhkəmənin hazırlıq iclasının qərarı açıqlanıb.

Hakim müdafiəçilər tərəfinin verdiyi vəsatətlərin təmin olunmadığını elan edib.

Məhkəmə baxışı oktyabrın 26-na təyin olunub.

DİGƏR XƏBƏRLƏR

Top