Laçında silah-sursat aşkarlandı


Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə döyüş sursatlarının aşkar olunaraq təhvil verilməsi istiqamətində mütəmadi profilaktiki tədbirlər aparılır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ​​​​​​​DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib. Qeyd olunub ki, Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının təhkim olunduğu Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində keçirilmiş növbəti tədbirlər zamanı tərk edilmiş hərbi mövqelərdən 1 avtomat, 3 müxtəlif növ pulemyot, 9 əl qumbarası, 11 avtomat darağı, 1 minaatanın nişangah qurğusu və 3500 müxtəlif çaplı patronlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

DİGƏR XƏBƏRLƏR

Top