Putin və Paşinyan Moskvada üçtərəfli bəyanatların icrasını müzakirə edəcək


Sabah Moskvada Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında danışıqlar keçiriləcək.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki,danışıqlarda Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 Noyabr 2020-ci il tarixli və 11 Yanvar 2021-ci il tarixli bəyanatların həyata keçirilməsinin, eləcə də regionda sabitliyin möhkəmləndirilməsi və iqtisadi əlaqələrin qurulması istiqamətində atılacaq addımların nəzərdən keçirilməsi planlaşdırılır.

“Bundan əlavə, Avrasiya məkanında ikitərəfli əlaqələrin və inteqrasiya birliklərində qarşılıqlı əlaqələrin inkişafının aktual məsələləri müzakirə olunacaq”, - deyə məlumatda qeyd olunub.

DİGƏR XƏBƏRLƏR

Top