Saakaşvilinin tərəfdarları və qardaşı ondan aclıq aksiyasına son qoymağı istədi


Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin tərəfdarları Rustavi həbsxanasının yaxınlığında kortəbii surətdə etiraz aksiyası keçirərək siyasətçinin aclıq aksiyasına son verməsini istəyiblər.

Yeniavaz.com "Novosti-Georgia"ya istinadən xəbər verir ki, Saakaşvilinin tərəfdarları oktyabrın 10-da axşam saatlarında etiraz aksiyası keçirib. Etirazçılar həmçinin keçmiş prezidentin sərbəst buraxılmasını tələb ediblər. Xəbərdə deyilir ki, aksiya iştirakçıları arasında Saakaşvilinin qardaşı David Saakaşvili də olub.
David Saakaşvili qardaşına üz tutaraq onun sağlamlığından narahat olduğunu dilə gətirib:
"Mişa, bəlkə bir müddətlik aclığı dayandırasan və ya müalicə haqqında düşünəsən. Mən həmişə səninlə olmuşam, olacağam da. Amma indi sağlamlığın daha vacibdir".
Xatırladaq ki, bundan əvvəl eyni məzmunla Mixail Saakaşvilinin atası Nikoloz Saakaşvili də oğluna müraciət edərək aclıq aksiyaysını dayandırmağı tələb etmişdi.
Vahid Milli Hərəkatın lideri Nika Melia da Saakaşvilidən aclıq aksiyasına son verməsini istəyib. O, 14 oktyabrda Saakaşviliyə qarşı haqsızlığa görə insanları bir araya gəlməyə səsləyib. Aksiyanın Rustaveli prospektində keçirilməsi planlaşdırılır.
Penitensiar xidmət isə Saakaşvilinin səhhətinin pisləşməsi ilə bağlı məlumatı təkzib edərək, onun verilən dərmanları qəbul etdiyini və hazırda səhhətinin yaxşı olduğunu bildirib.

DİGƏR XƏBƏRLƏR

Top