Livanda neft emalı zavodunda güclü yanğın - VİDEO


Bu gün Livanın cənubunda yerləşən "Az-Zahrani" neft emalı zavodundunun anbarında güclü yanğın baş verib. 
Yeniavaz.com xəbər verir ki, bu barədə Livanın "Əl-Cədid" telekanalı məlumat yayıb. Bildirilir ki, hadisə benzol çənlərindən birinin alovlanması nəticəsində baş verib. Partlayış olması ehtimalı ilə əlaqədar Livan ordusu yaxın ərazilərdə yaşayan əhalinin evakuasiyaysı ilə məşğul olur.
Yanğın zamanı hər hansı itki olub-olmaması ilə bağlı heç bir məlumat verilməyib. Yanğının səbəbləri aydınlaşdırılır.
 

DİGƏR XƏBƏRLƏR

Top