Avtomobil metal arakəsmələrə çırpıldı


Bakı-Qazax magistral yolunda idarəetmədən çıxan avtomaşın metal arakəsmələrə çırpılıb.

Yeniavaz.com xəbər verir ki, hadisə Yevlax rayonunun Goranboy rayonu ilə həmsərhəd ərazisinə yaxın hissədə, Qarabağ kanalı yaxınlığında baş verib. "Hyundai" markalı avtomobilin qəzaya uğraması nəticəsində ağır xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.

Esmira Hidayətova, Goranboy

DİGƏR XƏBƏRLƏR

Top