Bakı Zooparkına girişin kimlərə güzəştli və pulsuz olacağı AÇIQLANDI


IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidən qurulan Bakı Zooloji Parkı qapılarını ziyarətçilərin üzünə açıb.

Yeniavaz.com xəbər verir ki, Bakı Zooloji Parkı hər gün saat 10.00-dan 17.30-a qədər fəaliyyət göstərir.

Zooparka giriş üçün biletin qiyməti böyüklər üçün 5, uşaqlar üçün isə 2 manat təşkil edir. Üç yaşa qədər uşaqlar və şəhid ailələri üçün bilet pulsuzdur. Qazilər, Vətən müharibəsi əlilləri, eləcə də şagird və tələbələr üçün giriş güzəştli qaydada tətbiq olunur.

DİGƏR XƏBƏRLƏR

Top