Bakıda keçirilən kitab sərgi-yarmarkasında qiraətçi Xəzər Süleymanlı ilə şair Aqşin Evrenin birgə yazdıqları "Ayrılıqların təkrarı" romanının imza gününə bəylə gəlin də qatılıb.
“Bu gün Xəzər Süleymanlı ilə birlikdə yazdığımız "Ayrılıqların təkrarı" adlı kitabın ikinci imza günündə maraqlı hadisə yaşandı. Bir də başımızı qaldırdıq ki, bəy və gəlin imza günümüzə gəlib) İki gəncin özlərinin bu xoşbəxt günündə vaxt ayırıb tədbirimizə gəlməsi, ədəbiyyata belə dəyər verməsi gözəl və yaddaqalan idi. Xoşbəxt olsunlar! Yeri gəlmişkən, budəfəki imza günümüzdə də göstərdiyiniz sevgi və dəyərə görə dərin təşəkkürlər!”, - Aqşin Evrən sosial şəbəkə hesabında yazıb.
Onlar müəlliflərdən imzalı kitab alaraq toya yollanıblar.