Millətlər Liqasında 3-cü yerin qalibi müəyyənləşdi


İtaliya və Belçika milliləri arasında UEFA Millətlər Liqasının 3-cü yeri uğrunda görüş keçirilib. 
Yeniavaz.com
xəbər verir ki, Avropa çempionu İtaliya Turin şəhərində baş tutan görüşdə 2:1 hesablı qələbə qazanıb.
Qalib tərəfin qollarını 46-cı dəqiqədə Nikolo Barella, 65-ci dəqiqədə isə Domeniko Berardi vurub. Belçika millisinin təsəlli qolu isə 86-cı dəqiqədə Şarl De Ketelaredən gəlib. 
Qeyd edək ki, Millətlər Liqasının final matçında İspaniya və Fransa yığmaları üz-üzə gələcək. Bu gün Milan şəhərindəki "San Siro" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

DİGƏR XƏBƏRLƏR

Top