Əfqanıstanda yeganə idman telekanalı fəaliyyətini dayandırıb


Əfqanıstanın yeganə idman telekanalı "3 sport" fəaliyyətini dayandırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “TOLO News” məlumat yayıb. Bildirilib ki, telekanalının rəhbərliyində təmsil olunan Şafikulla Səlim Poya telekanalın iqtisadi problemlər və hakimiyyətə gəlmiş Taliban Hərəkatının formalaşdırdığı strukturların tətbiq etdiyi məhdudiyyətlər səbəbindən fəaliyyətini dayandırdığını deyib.
O bildirib ki, son zamanlar telekanalın müxbirləri hər hansı tədbiri işıqlandırmağa gedərkən məhdudiyyətlərlə üzləşiblər.
Taliban Hərəkatının hakimiyyətə gəlməsindən sonra ölkədə ümumilikdə 150 KİV fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.

DİGƏR XƏBƏRLƏR

Top