İt yarışlarının keçirilməsi ilə bağlı məsələ nəzarətə götürüldü - VİDEO + YENİLƏNİB


Göygöldə qanunsuz it yarışlarının keçirilməsi ilə bağlı məsələ nəzarətə götürülüb.

Yeniavaz.com xəbər verir ki, bu barədə DİN mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib. Bildirilib ki, məsələ ilə bağlı artıq araşdırmalara başlanılıb:
"Tezliklə araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.



***16:40
Göygöldə bir qrup şəxs tərəfindən it döyüşləri keçirilib.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, Göygölün Lüləli kəndində "it meydanı" adlandırılan ərazidən paylaşılan görüntülərdə keçirilən yarışa yüzlərlə insanın gəldiyi məlum olub.
Pandemiya qaydalarının pozulduğu qanunsuz yarışlara ölkənin müxtəlif bölgələrindən it döyüşdürmək üçün gələn insanlar iştirak edib.
Məlumata görə, yarışların hər ay keçirilməsi planlaşdırılıb.
Qeyd edək ki, dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da heyvan hüquq müdafiəçilərinin səyi sayəsində it döyüşləri qadağan edilib.

DİGƏR XƏBƏRLƏR

Top