Sumqayıtda avtomobil 60 yaşlı qadını və uşağı vurub


Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Niyazi küçəsində qeydə alınıb.
Belə ki, 10 KV 042 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü Qiyamət Ağayev yolu keçən piyada 1961-ci il təvəllüdlü Şabanova Zərifə Qədir qızını vurub. 60 yaşlı qadın aldığı xəsarətlərdən dünyasını dəyişib. Qadının yanında olan azyaşlı uşağın isə ayağı sınıb və o, xəstəxanaya aparılıb.
Meyit aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top