Goranboyda ağır qəza, ölən və yaralılar var - VİDEO


Goranboyda zəncirvari qəza baş verib, sürüclərdən biri ölüb, ailə üzvləri ağır xəsarət alıb.
Yeniavaz.com
xəbər verir ki, hadisə gecə saatlarında rayonun Xanqərvənd kəndində baş verib. 3 minik maşının toqquşmasından sonra avtomobillərdən biri kafeyə, ardından ağaca çırpılaraq hissələrə bölünüb. Həmin avtomobilin sürücüsü 35 yaşlı Pərvin Abbasov dünyasını dəyişib. Onun maşında olan ailə üzvləri ağır bədən xəsarətləri alaraq əvvəl Goranboy,sonra isə  Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.
Dəhşətli qəza zamanı kafenin bir hissəsi uçub. Minik maşını isə iki hissəyə ayrılaraq yolun müxtəlif hissələrinə səpələnib. Qəza iştirakçısı olan digər iki avtomobildə zərbənin gücündən yararsız hala düşüb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.



Esmira Hidayətova, Goranboy

DİGƏR XƏBƏRLƏR

Top