Ağdaşda avtomobil azyaşlını vurub öldürüb

Ağdaş rayonda azyaşlının vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Yuxarı Nemətabad kəndində baş verib.

“VAZ-2106” markalı avtomobil ikinci sinif şagirdi, 2012-ci il təvəllüdlü Yusif Mehman oğlu Əbilovu vuraraq ona ağır xəsarət yetirib.

Azyaşlı doğmaları tərəfindən bölgənin iki müxtəlif xəstəxanasına çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.//apa

DİGƏR XƏBƏRLƏR

Top