Avstriyanın Federal Kansleri Sebastian Kurts vəzifəsindən getdiyini açıqlayıb.
Kurts bildirib ki, rüşvət almaqda və etimaddan sui -istifadə etməkdə şübhəli bilinərək haqqında istintaq davam etdiyinə görə vəzifəsini tərk etmək qərarına gəlib.
Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq müvəqqəti olaraq kansler vəzifəsini icra edəcək.
Qeyd edək ki, Sebastian Kurtsa qarşı İqtisadi Cinayətkarlıq və Korrupsiyaya qarşı Prokurorluq tərəfindən korrupsiya ittihamı irəli sürülüb. Kurtsun rəhbərlik etdiyi Avstriya Xalq Partiyasının qərargahında, federal kanslerin ofisində axtarışlar aparılıb. Keçmiş kansler partiyası və özünün siyasi fəaliyyətinə dair müsbət rəy formalaşdıracaq məqalələrin dərci üçün rüşvət verməkdə ittiham olunur.