Azərbaycan 2-ci qolu buraxdı - YENİLƏNİB

Azərbaycan və İrlandiya yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyununda hesab dəyişib.

Qonaq komandanın hücumçusu Kallum Robinson ikinci topu meydan sahiblərinin qapısından keçirib.

***20:10
DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində baş tutan Azərbaycan - İrlandiya matçında hesab açılıb. 

Qarşılaşmanın 7-ci dəqiqəsində Robinson İrlandiyanı hesabda önə keçirib. 

***20:00
Bakıda Azərbaycan və İrlandiya yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyunu başlayıb.

Yeniavaz.com xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən görüş saat 20:00-da start götürüb.

Qarşılaşmanı Norveçdən olan FIFA referisi Espen Eskas idarə edir.

DİGƏR XƏBƏRLƏR

Top