Xalq artisti "Qurd qapısı" qəbiristanlığında dəfn olundu - FOTO - YENİLƏNİB


Xalq artisti Ağakişi Kazımov dəfn edilib.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, mərhum "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

*** 13:42
Ötən gün vəfat edən Azərbaycanın teatr rejissoru, Xalq artisti Ağakişi Kazımov "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

Bu barədə Yeniavaz.com Report-a istinadən xəbər verir. 
Bildirilib ki, dəfndən əvvəl Təzə Pir məscidində A.Kazımovla vida mərasimi keçiriləcək. Mərasimdən sonra Xalq artisti "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.
A.Kazımov mərhum Xalq artistləri Arif Quliyev, Rafiq Hüseynov (Rəmiş) və Yaqub Zurufçunun yanında torpağa tapşırılacaq
Qeyd edək ki, Xalq artisti A.Kazımov 1935-ci il noyabrın 28-də anadan olub. O, oktyabrın 8-də vəfat edib.

DİGƏR XƏBƏRLƏR

Top