Gürcüstanda binanın çökməsi bağlı 3 nəfər saxlanıldı - VİDEO


Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Batumidə yaşayış binasının çökməsi ilə əlaqədar 3 nəfəri saxlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Gürcüstan mətbuatında pres-reliz yayılıb. Bildirilir ki, hadisə ilə bağlı binanın 1-ci mərtəbəsində yaşayan və evində təmir-tikinti işləri aparan şəxs və 2 işçi saxlanılıb. Onlar təhlükəsizlik qaydalarını kobud şəkildə pozmaqda günahlandırılıb. 
Hadisə ilə bağlı istintaq işləri davam etdirilir. Saxlanılan şəxsləri 2 ildən 10 ilədək həbs cəzası gözlədiyi bildirilir. 
Qeyd edək ki, Gürcüstanda ötən gün yaşayış binasının bir hissəsinin qismən çökməsi nəticəsində 6 nəfərin həlak olub. Hadisə şahidlərin sözlərinə görə, yaşayış binası çökmədən əvvəl güclü partlayış səsi eşidilib, bundan sonra evin bir hissəsi uçmağa başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top