Bəşər Əsəd 37 ildən sonra əmisinin ölkəyə qayıtmasına icazə verdi


Suriyanın keçmiş vitse-prezidenti Rifat Əsəd 37 il yaşadığı sürgündən sonra yenidən Dəməşqə qayıdıb. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə hökumətə yaxın "Əl-Vətən" qəzeti məlumat yayıb. Bildirilib ki, Suriya lideri Bəşər Əsəd əmisi Rifat Əsədin Parisdən Dəməşqə gəlməsinə, siyasi fəaliyyətlə məşğul olmamaq şərtilə yaşamasına icazə verib. 
Qeyd edək ki, 84 yaşlı Rifat Əsəd çirkli pulların yuyulması, daşınmaz əmlakdakı maliyyə pozuntuları və Suriyanın dövlət vəsaitlərindən qanunsuz istifadəsi ittihamı ilə həbs cəzası almışdı. 2017 -ci ilin martında Fransa hakimiyyəti Parisin ən bahalı ərazisində yerləşən Rifat Əsədin iki malikanəsini ələ keçirdi. 2018 -ci ildə Fransa gömrük orqanları İspaniya hakimiyyəti ilə birlikdə Rifat Əsədin İspaniyadakı 600 milyon avrodan çox əmlakını da müsadirə etmişdi.

 

DİGƏR XƏBƏRLƏR

Top