Saakaşvili aclıq aksiyasını dayandırıb

Aclıq aksiyası keçirən Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili qida məhsulları qəbul etməyə başlayıb.

Bu barədə Gürcüstanın Xüsusi Penitensiar Xidmətindən bildirilib.

Qeyd olunub ki, o, bal və təbii şirələr qəbul edib.

Xatırladaq ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. Rustavi şəhərindəki 12 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilmiş siyasətçi aclıq aksiyası elan etmişdi. Aclıq səbəbindən onun 12 kiloqramdan artıq çəki itirdiyi bildirilib.//report

DİGƏR XƏBƏRLƏR

Top