Saakaşvilinin saxlanıldığı həbsxananın qarşısında mitinq oldu - saxlanılanlar var



Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin tərəfdarları Rustavi şəhərində yerləşən 12 saylı cəzaçəkmə müəssisəsinin yaxınlığında etiraz aksiyası keçirib.
Yeniavaz.com
"sova.news"a istinadən xəbər verir ki, Saakaşvilinin tərəfdarları ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma yaranıb.
Qarşıdurma fəalların həbsxana binasının divarlarına "Mişaya azadlıq!" sözlərini yazmağa cəhd edərkən yaranıb.
Aksiyada Gürcüstanın Vahid Milli Hərəkatın üzvü Zviad Kuprav da daxil olmaqla bir neçə nəfər saxlanılıb.

 

DİGƏR XƏBƏRLƏR

Top