Gürcüstanda 2 yaşlı uşağın çökmüş binanın qalıqları altından çıxarılma anı - VİDEO


Bu gün Gürcüstanın Batumi şəhərində yaşayış binasının çökməsi nəticəsində dağıntılar altından azyaşlı uşağın çıxarılması anının videosu yayımlanıb.
Yeniavaz.com
"sova.news"a istinadən xəbər verir ki, sözügedən uşağın 2 yaşı olub. O, hadisə zamanı binanın yaxınlığında olan avtomobilin içərisində olub. Uşaq ayağından zədə alıb. Azyaşlı xəstəxanaya yerləşdirilib.
Xilasedicilər hadisə yerində işlərini davam etdirir.
Qeyd edək ki, Batumidə çökmüş bina 26 May küçəsində yerləşir. Binanın hansı səbəbdən çökməsi ilə bağlı heç bir məlumat əldə edilməyib.

DİGƏR XƏBƏRLƏR

Top