Xalq artisti vəfat etdi


Azərbaycan teatr rejissoru, Xalq artisti Ağakişi Kazımov vəfat edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru İlham Əsədov məlumat verib.

O, rejissorun bu gün günorta saatlarında dünyasını dəyişdiyini deyib.

Ağakişi Şəmməd oğlu Kazımov 28 noyabr 1935-ci ildə anadan olub. 1952-1957-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsində ali təhsil alıb. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti Dekadasında Akademik Dram Teatrın yaradıcı qrupunun tərkibində iştirak edib.

A.Kazımov 1987-ci ildə Əməkdar İncəsənət Xadimi, 2000-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb.

DİGƏR XƏBƏRLƏR

Top