Ərinin əmisi arvadını bıçaqlayaraq öldürən qadın tutuldu - YENİLƏNİB


Prokurorluq Astarada baş verən qətl barədə məlumat yayıb.

Astara rayon prokurorluğundan Yeniavaz.com-a verilən məlumata görə, oktyabrın 8-si saat 12 radələrində Astara rayonu, Şəmətük kəndi ərazisində 1961-ci il təvəllüdlü Mehparə Ağayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin qohumu - 1994-cü il təvəllüdlü Gülsevər Ağayevaya şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Mehparə Ağayevaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Gülsevər Ağayeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


***12:59
Astara rayonunda gəlinlər arasında dava düşüb.

Yeniavaz.com "report"a istinadla xəbər verir ki, hadisə Şəmətük kəndində qeydə alınıb.

Belə ki, ailə münaqişəsi zəminində Gülçöhrə qayını arvadı Mehribana bıçaq xəsarətləri yetirib. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top