AMEA-nın əməkdaşından ayı AÇIQLAMASI: "Canlıların ən qorxuncu insandır"

"Balakəndə görünən ayıların təxminən 2-3 yaşı olar və bu dövrdə ayılar anasından ayrılır. Onlar qış yuxusuna getməzdən əvvəl şəkər, karbohidratlarla zəngin qidalara ehtiyac duyurlar. Bu səbəbdən də ayılar kənd ətrafında meyvə ağacları olan bağlara düşürlər".  

Yeniavaz.com xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında WWF-nin Azərbaycan nümayəndəliyinin rəhbəri və AMEA-nın Zoologiya İnstitutunun əməkdaşı Elşad Əsgərov deyib.

O bildirib ki, yayılan görüntülərdə Balakən küçələrində ayıları görən şəxslər avtomobillərlə onları qovmağa başlayıblar:

“Kənd camaatı ayı ilə düzgün davranmağı bacarmır. Təəssüf ki, videolarda ayılarla çox sərt davranıldığını gördüm. Ayılar kəndə insan yeməyə yox, meyvə yeməyə gəlir. Onlar özləri gəldikləri kimi çəkilib gedəcəkdilər. Onları o cür qovalamağa ehtiyac yox idi. Ayılar da bu vəziyyətdən dolayı çaşbaş qalıblar. Kənddən çıxmağa yol axtarırlar, lakin tapmırlar. Bala ayılardan birinin Mahamalar kəndindən keçərək meşəyə geri qayıtdığı görülüb, bu barədə bizdə dəqiq məlumat var. Lakin digərinin meşəyə keçdiyi barədə dəqiq məlumat yoxdur. Çox güman ki, keçməyibsə, insanlardan qorxduğu üçün kol-kos arasında gizlənib. Canlıların ən dəhşətlisi, qorxuncu insandır. Ümumiyyətlə, onu da deyim ki, ayıların meşəyə getdiyini görən olmasa da bu o demək deyil ki, onlar hələ də küçələrdədirlər”.

DİGƏR XƏBƏRLƏR

Top