NATO və Rusiya arasında gərginlik - 8 rusiyalı təşkilatdan uzaqlaşdırıldı


NATO bu təşkilatda işləyən 8 rusiyalı işçinin akkreditasiyasını ləğv edib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, həmin 8 nəfərin işdən uzaqlaşdırlmasının səbəbi Rusiya kəşfiyyatına işləmələri göstərilib. Bildirilib ki, rəsmiyyətdə göstərilməsə də, onlar agentdir. 
Sözügedən işçilərin oktyabrın sonunda Brüsseldən gedəcəyi gözlənilir. Təşkilat məsələ ilə bağlı Rusiyayla danışıqlara açıq olduqlarını və Rusiyanın gücdən istifadə edəcəyi təqdirdə də ona cavab verməyə hazır olduqlarını bəyan edib. 
Qeyd edək ki, təşkilatda Rusiyanın 20 nəfərlik heyəti olub. 2014-cü ildə Rusiyanın Krıma hücumundan sonra gərginləşən Rusiya-NATO münasibətlərindəki bu gərginliyə Rusiya tərəfindən hələ ki heç bir cavab verilməyib.

DİGƏR XƏBƏRLƏR

Top