ÜST peyvənd istehsalçılarını patent hüququndan imtina etməyə çağırır


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus peyvənd istehsal edən ölkələri və şirkətləri COVID-19 peyvəndlərinin istehsalını sürətləndirmək üçün patent hüququndan imtina etməyə çağırıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qebreyesus Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterres ilə birgə mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, peyvənd istehsalçılarının patentdən imtina etməsi peyvəndin daha çox istehsalına və tədarükününün artmasına səbəb olacaq. Dünya ölkələri arasındakı peyvənd paylanmasının qeyri-bərabərliyini aradan qaldıracaq. 
O öz çıxışında həmçinin nəzərə çatdırıb ki, sentyabrın sonuna kimi ÜST-ün hədəfi sentyabrın sonuna qədər bütün ölkələrin əhalisinin 10 faizinin peyvənd olunmasıdır. Bu günə kimi isə 58 ölkə bu hədəfi yerinə yetirib. Təşkilat 2022-ci ilin ortalarına kimi isə bu göstəricini 75 faizə çatdırmaq niyyətindədir. 
Qeyd edək ki, peyvənd çatışmazlığının olduğu ölkələr əsasən aşağı gəlirli və Afrika ölkələrdir. Məhz bu ölkələrin də tez bir zamanda peyvənd ehtiyatının yaxşılaşdırılması üçün təşkilatlar peyvənd istehsalçılarının patentdən imtina etməsini istəyib.

DİGƏR XƏBƏRLƏR

Top