Avstraliyada bu şəxlərə 3-cü doza koronavirus peyvəndləri vurulacaq


Avstraliya hökuməti “Pfizer” və “Moderna” peyvəndlərindən 3-cü doza olaraq istifadə edəcək.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Avstraliya Federal Sağlamlıq İdarəsinin müdiri Pol Kelli məlumat yayıb. O bildirib ki, gücləndirici doza immuniteti zəif olan insanlara vurulacaq:
"Təəssüf ki, bəzi insanların immun sistemi əksəriyyət qədər güclü olmayıb. İmmun çatışmazlığı olan xəstələr ikinci dozadan iki və ya altı ay sonra üçüncü doza peyvənd olunmalıdırlar”.
 İlk 500 min doza gücləndirici peyvəndlərin gələn həftənin əvvəlindən paylanılması gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top