Yaponiyanın yeni Baş nazirindən Rusiya ilə bağlı açıqlama


"Ərazi mübahisəsi həll olunmadan Rusiya ilə sülh müqaviləsi bağlanmayacaq".
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bunu parlamentin aşağı palatasının plenar iclasında ilk açılış çıxışını edən Yaponiyanın yeni Baş naziri Fumio Kişida deyib.
O bildirib ki, Yaponiya-Rusiya münasibətlərini hər tərəfli inkişaf etdirməyə çalışacaq: “Kuril adalarının cənub hissəsindəki bütün adaların mülkiyyət məsələsi həll edildikdən sonra sülh müqaviləsi bağlana bilər. Tokionun bu mövqeyi dəyişməz olaraq qalır”.

DİGƏR XƏBƏRLƏR

Top