Yolu keçmək istəyən kişi qohumu tərəfindən vurulub


Ağdaşda yolu keçmək istəyən piyada qohumu tərəfindən vurulub.

Yeniavaz.com xəbər verir ki, hadisə Ağdaş şəhərində baş verib. Belə ki, yolu keçmək istəyən 50 yaşlı rayon sakini olan piyada Zibeydə Nəbiyevanı minik maşını vurub. Kəllə-beyin travması alan qadın xəstəxanaya yerləşdirilib.
Məlum olub ki, onu avtomobillə vuran yaxın qohumudur və hadisə təsadüf nəticəsində baş verib.
Faktla bağlı araşdırma aparılır.
Esmira Hidayətova, Ağdaş

DİGƏR XƏBƏRLƏR

Top