İspaniyada “Kumbre-Vieja” vulkanı hava limanının bağlanmasına səbəb oldu


İspaniyanın Kanar adalarında yerləşən “Kumbre-Vieja” vulkanının daha geniş əraziyə yayılması və kül vulkanının püskürməsi “La Palma” hava limanının bağlanmasına səbəb olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə hava limanının tvitter səhifəsində məlumat verilib. Rəsmilər Kanar arxipelaqında yerləşən digər hava limanlarının açıq olduğunu bildirib.
Qeyd edək ki, Kumbre-Vieja vulkanı 19 sentyabrdan etibarən fəaliyyətə başlayıb.
 

DİGƏR XƏBƏRLƏR

Top