Vilayət Eyvazov qalmaqallı rəis müavinini işdən çıxardı - ƏMR


Cəlilabad Rayon Polis Şöbəsinin rəis müavini vəzifəsindən azad edilib.

Yeniavaz.com "qafqazinfo"ya istinadla xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovnik-leytenantı Rövşən Quliyev vəzifəsindən çıxarılıb.
O, hazırda sərəncama götürülüb.
Qeyd edək ki, Rövşən Quliyev gündəmə 2 qardaşın polis şöbəsində döyülməsi haqda xəbərlə gəlmişdi. Bununla bağlı saytımıza müraciət edən qardaşlardan biri Rauf Əmənov iddia etmişdi ki, rəis müavini Rövşən Quliyev otaqda onları nalayiq ifadələrlə söyüb, təhqir edib: “Şöbədən çıxandan sonra polis rəisi Mübariz Quliyev bizim telefonlarımızı qaytarmaq barədə göstəriş versə də, Rövşən Quliyev qaytarmadı”.

DİGƏR XƏBƏRLƏR

Top