"Taliban" Əfqanıstanda toylara qadağa qoyur


"Taliban" Əfqanıstanda toyların keçirilməsinə məhdudiyyətlər gətirir.
Yeniavaz.com
"ria.ru"ya istinadən xəbər verir ki, sözügedən xəbəri Əfqanıstan Otel Birliyinin nümayəndələri İslami Təmayül Nazirliyi ilə görüşdən sonra açıqlayıb. Yeni qaydalara əsasən toyda kişi və qadınların bir yerdə iştirakına, canlı musiqiyə və bayram yeməyindən əvvəl nigah mərasiminin keçirilməsinə izin verilmir.
Qeyd edək ki, otel birliyinin nümayəndələri verilən qərarlardan narazılıq ediblər. Onlar bildirib ki, ölkədə toyların keçirilməsinə məhdudiyyətlər qoyulması otellərin çökməsinə səbəb olacaq.

DİGƏR XƏBƏRLƏR

Top