Bakıda 2 gün əvvəl təmir olunan yol yenidən qazıldı - FOTOLAR + AÇIQLAMA


Bakıda iki gün əvvəl təmir olunan Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində bu gün yenidən qazıntı başlanıb.  
Yeniavaz.com xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə jurnalist Pərviz Musayev fotolar paylaşıb. Görüntülərdən də yenicə təmir olunaraq rənglənən yolun bir zolağında təmir işlərinin aparıldığı aydın olur. 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli məsələyə münasibət bildirib və həmin ərazidə yolun altından keçən elektrik xəttində qəza baş verdiyini deyib:
“Küçənin yan yolunda hərəkət hissəsinin qazılması məcburiyyəti yaranıb. Hazırda aidiyyəti qurum tərəfindən qəza aradan qaldırılır”.
Qeyd edək ki, oktyabrın 5-də bu ilin İnvestisiya Proqramına uyğun olaraq, Nəsimi rayonu ərazisində Ceyhun Səlimov küçəsinin 3-cü mikrorayon dairəsindən Əbdülvahab Salamzadə küçəsinin kəsişməsinədək olan 565 metr uzunluğa malik hissəsində aparılan yenidənqurma işləri yekunlaşmışdı.

DİGƏR XƏBƏRLƏR

Top