
Bu gün Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Yeniavaz.com "ria.ru"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat verib. Onlar danışıqlar vaxtı Ermənistan-Rusiya münasibətlərinin gündəliyi ilə bağlı məsələləri və bölgədəki vəziyyəti müzakirə ediblər.
Danışıq əsnasında Paşinyan Putinin bölgədəki xüsusi roluna toxunaraq onu ad günü münasibəti ilə də təbrik edib.