Fransada minlərlə insan küçələrə axışdı - VİDEO


Fransada təxminən 25 min insan prezident Emmanuel Makronun siyasətinə etirazını bildirmək üçün küçələrə axışıb.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransanın Ümumi Əmək Konfederasiyası məlumat verib. Fransa Həmkarlar İttifaqları ölkədə Makronun siyasətinə qarşı 1 günlük tətil elan edib. Aksiya iştirakçıları etirazı Respublika Meydanından Parisdəki Opera Meydanına kimi davam etdiriblər. Etiraz aksiyası Fransanın Rennes, Nantes, Kaen və Marsel kimi şəhərləri də daxil olmaqla təxminən 200 şəhərində həyata keçirilib. Etirazçılar tez-tez Makronun hakimiyyətdən getməsini tələb ediblər.
Nümayişçilər "Gənc işçilər, işsizlər və təqaüdçülər, birlikdə mübarizə aparmalıyıq" şüarını səsləndiriblər.
Bundan əlavə onlar qiymət artımına, əmək haqqı və təqaüdlərin aşağı olmasına etiraz ediblər.
Xəbərdə deyilir ki, etiraz aksiyalarında müəllimlər üstünlük təşkil edib. Aksiya vaxtı ciddi təhlükəsizlik tədbirləri görülüb. Aksiyanın keçirildiyi ərazilərdə metro stansiyalar, küçələrdə gediş-gəliş dayandırılıb. Nümayişlər zamanı heç bir zorakılıq faktı qeydə alınmayıb.

DİGƏR XƏBƏRLƏR

Top