UNEC-ə yeni prorektor təyin olunub - FOTO


Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) yeni prorektor təyin olunub.
Yeniavaz.com
xəbər verir ki, fəlsəfə doktoru Neman Muradlı UNEC-də Beynəlxalq əlaqələr və proqramlar üzrə yeni prorektor vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, N.Muradlı 1986-cı ildə anadan olub. Magistr təhsilini və fəlsəfə doktoru elmi dərəcəsini Cənubi Koreyada alıb. Prorektor təyinatına qədər Azərbaycan Respublikası Dövlət Neft Fondunda işləyib. O, eyni zamanda, UNEC-də müəllimlik fəaliyyətilə məşğul olub.

DİGƏR XƏBƏRLƏR

Top