KİV: Gürcüstanın baş naziri istefa verəcək


Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin 30 oktyabrda ölkədə keçiriləcək ikinci bələdiyyə seçkilərindən sonra vəzifəsindən istefa verəcəyi bildirilir.
Yeniavaz.com
"newsgeorgia"ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
Bildirilib ki, Gürcüstanın hakim "Gürcü Arzusu" partiyası oktyabrın 2-də keçirilən bələdiyyə seçkilərinin birinci turunun nəticələrindən narazıdır. Hakim partiya 20 şəhərdə bələdiyyə başçısı vəzifəsi üzrə qalib gəlmək üçün lazım olan səslərin 50 faizini toplaya bilməyib. Bəzi böyük şəhərlərdə isə hakim partiya proporsional siyahılar əsasında müxalif Vahid Milli Hərəkatına təslim olub.
Gürcüstan KİV-i iddia edir ki, hakim partiyanın seçki kampaniyasına rəhbərlik edən Qaribaşvilinin vəzifəsindən getməsinə  səbəb məhz seçkilər olub.
"Gürcü Arzusu" partiyası Qaribaşvilinin istefası ilə bağlı məlumatı təsdiqləməyib. Bildirilib ki, sözügedən məsələ yalandır və müvafiq məsələ müzakirə olunmur.

DİGƏR XƏBƏRLƏR

Top