REAL Partiyasının sədri İlqar Məmmədov 28 May Respublika Gününün adının dəyişdirilməsinə etiraz edib.
Yeniavaz.com xəbər verir ki, İ. Məmmədov sosial şəbəkə hesabında qeyd edib ki, 28 May Respublika Günüdür və belə də qalmalıdır: “Heç bir Azərbaycan hökmdarı onun üzərində respublikaçı basqısı olmasa, Azərbaycan xalqına xidmət etməz, özünə xidmət edər. Ona görə bilmirəm, Respublika sözünün 28 May bayramının adından götürülməsi kimin ideyasıdır. Amma bu, yolverilməzdir. Buna qarşı bütün Azərbaycan cəmiyyəti səfərbər olmalıdır".
Xatırladaq ki, “Müstəqillik Günü haqqında” qanun layihəsinə təklif edilən dəyişikliyə görə, bundan sonra ölkədə mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin bərpası Günü kimi qeyd edilməlidir.