Bu rayonda Təhsil şöbəsinin müdiri işdən çıxarıldı


Salyanda şöbə müdiri öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub.
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, Salyan Rayon Təhsil Şöbəsinin müdiri, 1956-cı il təvəllüdlü Piriyev Xudaverdi Əliyusif oğlu öz ərizəsi ilə tutduğu vəzifəsindən azad edilib.
Həmin vəzifəyə 1973-cü il təvəllüdlü Dadaşova Razıgül Müseyib qızı təyin olunub.
Qeyd edək ki, X. Piriyev 5 ildən artıq idi ki, təhsil şöbəsinə rəhbərlik edirdi.
R. Dadaşova isə bundan öncə Salyan Peşə liseyinin direktoru vəzifəsində çalışıb.

DİGƏR XƏBƏRLƏR

Top