"Maştağa 1 N-li internat"ın müəllifi olan qazi ilə bağlı XOŞ XƏBƏR


Vətən müharibəsi iştirakçısı olan Elçin Əhmədov tələbə adını qazanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələr vasitəsilə məlumat veriblər. Bildirilib ki, dostları E. Əhmədovun xaricdə təhsil almaq arzusunun olduğunu öyrənib, ona bu barədə dəstək göstəriblər. Daha sonra Elçinin müvafiq sənədləri Türkiyənin Atatürk Universitetinə təqdim olunub və bu yaxınlarda onun “işlətmə - biznes” ixtisasına qəbul aldığı elan olunub. 
Vətən müharibəsi qazisi sözügedən universitetdə qiyabi təhsil alacaq.
Qeyd edək ki, Elçin Əhmədov hər iki valideynini itirdikdən sonra dövlət himayəsində böyüyüb.
O, Vətən müharibəsində Qarabağdakı tikililərdən birinin divarına yazdığı “Maştağa 1 N-li internat” sözləri ilə məşhurlaşmışdı.

DİGƏR XƏBƏRLƏR

Top