İTV "Anadolu"nun xəbərləri üçün 18,7 min manat ödəyəcək


İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Türkiyənin “Anadolu” xəbər agentliyinin xəbərlərinə abunə olub. 
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, İTV bir il ərzində (2 mart 2021- 28 fevral 2022) "Anadolu" agentliyinin  xəbərləri üçün 18 min 700 manat ödəyəcək.
İTV eyni zamanda "How the universe works” adlı sənədli filmlərinin lisenziya hüquqlarını əldə etmək üçün 24 min 480 manat (6 ay üçün), “Simurq” adlı ədəbi əsərin müstəsna müəlliflik hüququnu əldə etmək üçün 65 min manat ödəyəcək.

DİGƏR XƏBƏRLƏR

Top