Bakıda 50 manat verməyən şagirdlər dərsə buraxılmır? - Araşdırma başladı


Sosial şəbəkələrdə Bakıdakı Texniki-Humanitar Liseydə hər ay şagirdlərdən 50 manatdan pul yığılması ilə bağlı iddia yayılıb. 
Yeniavaz.com
xəbər verir ki, iddialara əsasən, liseyin direktoru Kəmalə Mirzoyeva hər ay 50 manat gətirməyəcək şagirdin məktəbə buraxılmayacağı barədə xəbərdarlıq edib. 
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Yeniavaz.com-a bildirilib ki, məsələ araşdırılır:
“Texniki-Humanitar Liseydə sözügedən məsələ ilə bağlı müvafiq araşdırma aparılır. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır”.

DİGƏR XƏBƏRLƏR

Top